M.Hakkinen: “Mən cavan deyiləm, amma özümü qoca da hiss eləmirəm”

Mika Hakkinenin Formula1-də debütündən iyirmi il keçib. Autosport-un jurnalisti Saymon Strenq ikiqat dünya çempionu ilə görüşüb və keçmişdən, indiki dövrdən […]

Mika Hakkinenin Formula1-də debütündən iyirmi il keçib. Autosport-un jurnalisti Saymon Strenq ikiqat dünya çempionu ilə görüşüb və keçmişdən, indiki dövrdən və gələcəkdən danışıb…

Mika Hakkinen: “İyirmi il? Mənə elə gəlir ki, bu dünən olub. Siz güzgüyə baxırsınız və düşünürsünüz ki, heç nə dəyişməyib, yalnız uşaqlar vaxtın keçdiyindən xəbər verirlər.

O zaman mən özümə inamlı biri idim, testlərdə çox işləməmişdim, texniki problemlər üzündən ilk Lotus maşınım rəqiblərin maşınından 50 kq ağır idi. Bizim şansımız yox idi: hər 10 kq bir dövrədə 0.2-0.3 saniyə itirməyə bərabər idi, amma mən Finiksə gələndə bilirdim ki, öz işimi yaxşı görməliyəm və növbəti yarışda inkişaf etməliyəm.

Arxaya baxarkən mən düşünürəm ki, indi nəyisə başqa cür edərdim. Bu gün mən sürücülərin menecmenti ilə məşğul oluram və öz təcrübəmi onlarla bölüşürəm, axı gələcəkdə onlar da dünya çempionu ola bilərlər. Mən onlara deyirəm ki, mən dediyim kimi edin və siz uğur qazanacaqsınız.

1995-ci ildə Adelaidada qəzadan sonra xəstəxanaya düşmüşdüm, üzərimdə çoxlu əməliyyatlar olundu, çox ağır vaxtlar idi. Elə ağrılar hiss edirdim ki, heç yarış barədə düşünə bilmirdim. Amma mənə valideynlərimin, komanda rəhbərliyinin, o vaxtkı rəfiqəmin dəstəyi çox kömək elədi. Həm də məni güclü həkimlər müalicə edirdilər. Ağırlar tədircən keçib getdi, mən əvvəlki kimi yarışlar barədə düşünməyə başladım. Pressinq yox idi, heç kim məndən soruşmurdu ki, karyeramı davam etdirəcəm yoxsa idmandan gedəcəm, amma mən bilirdim ki, bir gün cavab tapmalıyam.

Yavaş-yavaş vəziyyət düzəldi, başımın ağrısı qurtardı – mən hospitaldan çıxdım. Bir gün axşam gəzintisi zamanı karyeramı düşünməyə başladım – kartinq, aşağı seriyalar, McLaren-lə müqavilənin bağlanması. Qəzadan əvvəl mən formamın zirvəsində idim, indi isə parkda zəif vəziyyətdə gəzirəm. Bir az sonra qərar aldım ki, bütün bunları ata bilmərəm. İki ildən sonra mən dünya çempionu oldum.

Çempion titulu inamı artırır. Siz artıq bilirsiniz ki, bunu edə bildiniz, pressinq tam yox olur və siz başqa detallara diqqət etməyə başlayırsınız. Keçən il Fettel sonuncu yarışda titul qazandı, mən də titulu sonuncu yarışda qazanmışdım. Bu an siz hər şeyi itirə bilərsiniz, bütün mövsüm nə qazanmısınızsa, hər şeyi, vəziyyəti düzəltmək şansı da olmayacaq. Pressinq o qədər böyük olur ki, hər şeydən əvvəl özün-özünlə dil tapmalı olursan. Hisslərinizi idarə etmək bacarığı və vəziyyəti nəzarətdə saxlamaq qabiliyyəti sizin üstünlüyünüz olur.

Şumaherin Formula1-ə qayıtması? Bu onun qərarıdır. Mixaelin xarakteri başqa cürdür, yarış onun həyatıdır. Mən bilmirəm ki, Mixael bu qərarı qəbule dərkən nə barədə düşünürdü, nə hiss edirdi, amma o dəqiq bilirdi ki, bu qərar nə dərəcədə ciddidir. O, böyük bir komanda ilə müqavilə bğalayıb, o, komandanın güclü tərəflərini bilirdi və təklifi qəbul elədi.

Mənim qərarım başqa idi. İndi mən Johnnie Walker-i təmsil edirəm, Mercedes-Benz-lə əməkdaşlıq edirəm, Almaniyanın logistika şirkətinin işində iştirak edirəm, gənc sürücüləri hazırlayıram. Özümün üç uşağım var, son zamanlar çox məşğulam, amma heç nəyə heyifslənmirəm. Həyat maraqlıdır və mən yaşamaqdan həzz almağa çalışıram, hərçənd, mənim yeganə ehtirasım yarışlardır. Bu mənim qanımdadır və mən bilmirəm məni gələcəkdə nə gözləyir, amma hər dəfə məmnuniyyətlə sükan arxasında otururam!

Mən cavan deyiləm, amma özümü qoca da hiss eləmirəm – mənim hələ yarışlara olan ehtirasımı öldürməyə vaxtım var!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*