M.Hakkinen: “Formula1 marafondur”

Amerikanın ESPN telekanalına müsahibəsində ikiqat dünya çempionu Mikka Hakkinen 1995-ci ildə uğradığı qəzanı xatırlayıb, Felipe Massanın yarışlara qayıtmasından və çempionatdakı […]

Amerikanın ESPN telekanalına müsahibəsində ikiqat dünya çempionu Mikka Hakkinen 1995-ci ildə uğradığı qəzanı xatırlayıb, Felipe Massanın yarışlara qayıtmasından və çempionatdakı vəziyyətdən danışıb…

Mika Hakkinen: “Felipenin Macarıstandakı qəzası sırf təsadüf idi, hərçənd, digər tərəfdən, onun bəxti gətirdi – o sağ qaldı və sürətlə sağalır. Massa əvvəlki formasına qayıdacaqmı? Bunun ehtimalı azdır. 1995-ci ildə mən də qəzaya uğramışdım, o zaman yarışlara çox çətinliklə qayıtdım, hər şeydən əvvəl psixoloji cəhətdən – mən uzun müddət xəstəxanada qaldım və yaxşı formada deyildim, amma özümü yaxşı hiss edən kimi trasa qayıtdım.

Mən getməyə hazırlaşmırdım. Yarışlar marafon kimidir, əgər siz qoşulmaq istəyirsinizsə, onda uzun məsafədə sizin ayaqlarınız ağrayacaq, su içmək istəyəcəksiniz. Həmişə yarımçıq dayanmaq imkanı var, amma bu mənim seçimim deyildi.

Formula1-də səhvə yer yoxdur, hər bi yarış, hər bir xal vacibdir. Siz daim özünüzdən soruşursunuz ki, xal uğrunda yoxsa qələbə uğrunda mübarizə aparasınız. Qələbə uğrunda mübarizə həmişə riskdir.

komanda taktikası? Komanda heç bir vaxt məndən maşını divara çırpmağı xahiş etməyib. Qələbə ehtirası elə böyükdür ki, yalana gətirib çıxara bilər, amma elə etməlisən ki, ömrünün qalan hissəsini güzgüyə utanmadan baxa biləsən.

Son illər Ross Braun üçün asan olmayıb, amma bu il o yenidən layiqli uğur qazandı. Brawn GP-də iki çox güclü sürücü var, düzdür, Monsadan əvvəl mən nəticələrə baxdım və özümdən soruşdum ki, görəsən komandaya nə olub? Vəziyyət yaxşı deyildi, amma Monsada onlar yenidən öz güclərini sübut etdilər.

Lotus? Əfsanənin qyaıtması yaxşı fikirdir. Mən öz karyeramı Lotus-da başlamışdım, biz yaxşı vaxtlar keçirdik və bir neçə dəfə yaxşı nəticələr göstərdik, amma potensialımızı realizə edə bilmədik. Mən yeni komandaya uğur arzulayıram, amma onlara uğur qazanmaq üçün təcrübəli əməkdaşlar lazımdır. Bu yalnız pul məsələsi deyil, yaxşı əlaqələr, konstruktorlar, motorlar və materiallar lazımdır. Həqiətən yaxşı maşım qurmaq lazımdır ki, uzun müddət Formula1-də çıxış edənlərlə mübarizə aparmaq mümkün olsun.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*