M.Faynello Mercedes AMG-yə keçib

Ferrari-nin keçmiş əməkdaşı, 47 yaşlı italiyalı Marko Faynello Ross Braunun dəvətini qəbul edərək Mercedes AMG komandası ilə müqavilə imzalayıb. Təcrübəli […]

Ferrari-nin keçmiş əməkdaşı, 47 yaşlı italiyalı Marko Faynello Ross Braunun dəvətini qəbul edərək Mercedes AMG komandası ilə müqavilə imzalayıb.

Təcrübəli mühəndis Milan Universitetində əla təhsil alıb, elə orda da avtomobil təkərlərinin dinamikası üzrə diplom müdafiə edib. 1995-ci ildən Skuderiyada çalışan Marko son illərdə kompyuter modelləşməsi üzrə mütəxəssisləşib – Maranellodakı müasir simulyator layihəsinin qurucusu və başçısı o olub.

Pirelli təkərlərinin tez yeyilməsi keçən il Mercedes GP komandasının başlıca problemi olub, amma komanda 2012-ci ildə bu problemi aradan qaldırmaq üçün əlindən gələni edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*