F-1.az bildirir ki, Britaniya Qran Prisindən etibarən sürücülər cümə axşamı mətbuat konfransına çıxacaqlar. Mətbuat konfransında 10 sürücü iştirak edəcək və onlar hərəsi 5 nəfər olmaqla iki qrupa ayrılacaqlar. Beləliklə, dördüncü gün rəsmi iki mətbuat konfransı sessiyası olacaq. Digər 10 sürücü isə komandalarının qonaq otaqlarında mətbuat işçilərinin suallarına cavab verəcəklər.
FİA mövsümün əvvəlində səyahətlərin müddətini azaltmaq üçün həftəsonu tədvirlərini 3 günə salmışdı. Bu səbəbdən mətbuat konfransları 4-cü gündən 5-ci günə keçirilmişdi. hər biri 5 nəfərdən ibarət olan qruplar 4 yerə ayrılmış və hər qrupa 30 dəqiqə vaxt ayrılmışdı. Lakin bu hal jurnalistlər tərəfindən xoş qarşılanmadı. Buna görə də FİA əvvəlki formata geri qayıtdı. Konfranslar yenidən dördüncü gün günorta saatlarına çəkildi.
Qaydalara görə mətbuat konfransı birinci sərbəst yürüşlərdən 23 saat əvvəl başlamalıdır.