Merecedes bütün yenilikləri Monakoya gətirəcək

Komanda Emiliya Romanya Qran Prisində maşına qoyulması planlaşdırılan texniki yenilikləri Barselonaya qədər ləngitməyəcək.

F-1.az bildirir ki, komandaların əksəriyyəti İmola üçün əsaslı yeniləmələr hazırlayıblar, lakin mərhələnin ləğvi səbəbindən onları qiymətləndirə bilməyəcəklər. Növbəti yarışın maşınların zədələnmə riskinin yüksək olduğu Monakoda ləng şəhər trasında keçirilməsi nəzərdə tutulub. Bu amili nəzərə alaraq, bəzi komandalar yeni detalların istifadəsini Barselonadakı mərhələyə qədər təxirə salmaq qərarına gəliblər. Onların arasında, görünür, dəyişdirilmiş asılqanın tətbiqini İspaniya Qran Prisinə qədər təxirə salan Ferrari də var.

Bununla belə, Mercedes yenilənmiş maşının debütünü təxirə salmayacaq. Komandanın sözçüsü Racefans-a təsdiqlədi ki, İmola üçün hazırlanan bütün W14 təkmilləşdirmələri Monakoda istifadə olunacaq. Beləliklə, gələn həftə Lyuis Həmilton və Corc Rassellin maşınlarında yenilənmiş ön asılqan, yeni yan pontonlar və altlıq olacaq.

Xatırladaq ki, bu həftəsonu keçirilməsi planlaşdırılan Emiliya Romanya Qran Prisi əlverişsiz hava şəraiti ucbatından dünən rəsmən ləğv edilib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*