Mercedes AMG ilk testlərdə yumşaq təkərlərdən istifadə etməyəcək

Artıq ilk testlərin 3 günü arxada qalıb. Ümumilikdə 490 dövrə vuran Mercedes sürücüləri bir dəfə də olsun yumşaq təkər dəstlərindən istifadə etməyiblər.

F-1.az Autosport-a istinadən xəbər verir ki, Mercedes komandası maşının real gücünü görmək məqsədi ilə ilk testlərdə yumşaq təkərlərdən istifadə etməmək qərarına gəlib.

Komandanın sürücüləri ilk 3 gün ərzində ən çox dövrə vuran sürücülər olsalar da, heç bir günü lider kimi başa vurmayıblar. Görünən budur ki, bu gün də eyni vəziyyət olacaq…

Lyuis Həmilton: “Hər kəs bura fərqli planlarla gəlib. Ferrari-nin sürəti məni təəccübləndirmədi. Amma bizim planımız burda ən sürətli olmaq deyil. Əslində mən də yumşaq təkər dəstləri ilə sürətli dövrələr vurmaq istəyərəm. Çünki indiki halda testlər bir qədər darıxdırıcı keçir.

Bu mövsüm sazlanmalar da fərqli olacaq. Son illərdə komandamın planları məni tamamilə qane edir. Bunların bizə qazandırdıqları göz önündədir…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*