F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlasalar da, son 6 yarışda podiuma yüksələ biliblər. Komanda son yarışlarda inamlıdır və Ferrari, Red Bull-la fərqi azalda biliblər.
Əndryu Şovlin: “Belçikada daha çox detalımız olacaq. SPA-ya yeniliklərlə getməyə çalışacağıq. Ümid edirəm ki, fərq bağlanar. Bolidi mərhələli şəkildə təkmilləşdirəcəyik.
Bu mövsüm bizim üçün əyləncəli keçir və növbəti hədəfimiz yarışlar qazanmaqdır. Bu hədəfə çatmaq üçün çox işləyirik. Son iki yarışdakı nəticələr cəsarətverici idi, çünki bu nəticələri öz qüvvəmizlə qazandıq. Bolidin tempi yaxşı idi və yaxşı nəticələrlə tətilə getmək gözəldir. Bolidin həm sıralanma turunda, həm də yarışda güclü olması bizi sevindirir”.