Mercedes yenilik gətirəcək

Mercedes komandasının yarış direktoru Əndryu Şovlin növbəti yarışlara da yeniliklər gətirəcəklərini deyib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Britaniya yarışına çoxlu yeniliklər gətirmiş və bundan sonra komanda güclənərək ardıcıl iki yarış qazanmışdı.

Əndryu Şovlin: “Yeniliklərin işləməsini görmək üçün vaxta ehtiyacımız var. Eyni zamanda planlaşdırdığımız bəzi yeniliklər də var.

Silverstouna yeniliklər gətirdik və bunun hesabına sürətimiz artdı. Macarıstanda da yeniliklər hesabına təkərləri yaxşı işlətdik və bolidin balansı daha yaxşı idi. Düzünü desəm, buna təəccübləndik. Macarıstan yarışı bizim üçün xoş surpriz oldu. Üstünlüyümüz gözlənilməz idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*