F-1.az xatırladır ki, Mercedes idmana gümüşü rənglə qayıtmışdı. Amma Alman komandası 2020-ci ildə Black Lives Matter hərəkatına dəstək olmaq üçün rəng çalarını qaraya dəyişdirdi. Bu hal 2021-ci ildə də davam elədi.
Ancaq 2022-ci ildə idmana yeni texniki reqlament gəlir. Peletonda tamamilə fərqli maşınlar olacaq. Mercedes də artıq əsas rəngi olan gümüşüyə qayıtmağı düşünür. Əslində bu iddia çoxdan olsa da, Bild qəzeti bunu Mercedes-dəki resurslara istinafən yayıb.
Mercedes son dəfə gümüşü rənglə 2020-ci ilin qış testlərində çıxış edib. Yeni bolidin rəngi indidən hamıda maraq oyandırıb.