Mercedes yeni W12-ni təqdim edib

Mercedes komandası 2021-ci il bolidləri olan W12-ni təqdim edib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” son 7 ildə məğlubedilməz olublar. Komanda bu il də sürücü heyətini qoruyub. Lyuis Həmilton 8-ci titulu qazanaraq, idmanın ən uğurlu sürücüsü olmaq istədiyi halda, Valtteri Bottas ilk çempionluğunu qazanmağı hədəfləyir.

Komanda keçən il irqçiliyə qarşı olduğunu göstərmək üçün bolidi qara rəngə boyamışdı. Almaniya təmsilçisi bu il də qara rəngə sadiq qalıb. Ancaq maşının rəng çalarında dəyişiklik var.

Komandanın əsas sponsorlarından və səhmdarlarından olan İNEOS-un loqotipi yenə də sürücünün başı üzərində olacaq. Petronas yaşılı isə artıq daha çox yer tutur. Motor qapağı üzərindəki ulduzları isə AMG loqotipləri əvəz edib.

Keçən il DAS sistemindən istifadə edən Mercedes yeni reqlamentə görə bu sistemi işlətməyəcək. Bundan başqa yeni qaydalara görə, altlıqda da dəyişikliklər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*