Mercedes yeni təhlükəsizlik avtomobilini təqdim edib

Mercedes şirkəti 2018-ci ildə istifadə ediləcək təhlükəsizlik avtomobilini təqdim edib.

F-1.az xəbər verir ki, sürücülər yeni mövsümdən etibarən qəza zamanı Mercedes AMG GT S yox, Mercedes AMG GT R avtomobilini izləməli olacaqlar. Yeni avtomobil də əvvəlki kimi 4.0 litr həcmli V8 mühərriyə sahib olacaq. Yeni GT R sələfinə nisbətən 0-100 km/saat sürətlənməsini 0.2 saniyə (3.6 saniyə) tez edə bilir. Yeni təhlükəsizlik maşını 577 at üvvəsi hasil etməklə, maksimum 318 km/saat sürətlə gedə bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*