F-1.az xatırladır ki, Niko Rosberq istefasını elan etdikdən sonra onun yerinə namizədlərin sayı hər gün azalırdı və Mercedes Motorsport-un başçısı Toto Volff bildirmişdi ki, artıq son siyahıda cəmi üç sürücü qalıb.
Bu gün isə komanda rəsmi Twitter hesabında bildirib ki, yeni sürücünün adı bayramlardan sonra açıqlanacaq: “Biz bu gündən etibarən yanvarın 3-dək, yəni komanda bayramlardan qayıdıb işə başlayanadək heç bir bəyanat verməyəcəyik…”