F-1.az bildirir ki, Cakomo may ayında Monako yarışından sonra Ferrari-dən ayrılmış və 6 ay icbari gözləmə prosesinə görə işsiz qalmışdı. Lakin bu müddət bitdikdən sonra Mercedes gənc mühəndisə təklif göndərib. İtaliyalı mühəndis də bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, Tortora 2011-ci ildə Pət Frayın istəyi ilə Ferrari-yə transfer olunmuş və simulyator sahəsində işləməyə başlamışdı. Beləliklə, Mercedes Ceyms Əllison və Lorentso Sassidən sonra Ferrari-dən növbəti mühəndisi sıralarına qatıb.