F-1.az xatırladır ki, Mercedes komandası mövsümün ilk yarısında 10 poul və 8 qələbə qazansa da, mövsümün ikinci yarısındakı 4 yarışa birinci yerdən başlaya bilməyib və yalnız Rusiyada virtual təhlükəsizlik maşınının hesabına 1 qələbə qazanıb.
Toto Volff: “Soçidəki qələbə Ferrari-nin hazırda bizdən güclü olduğu reallığını dəyişdirmir. Yaponiyada bolidə bəzi yeniliklər gətirəcəyik. Ümid edirik ki, bu, bizə kömək edər. Lakin qələbə qazanmaqçün boliddən və təkərlərdən maksimumu almalıyıq”.