Mercedes W14 təqdim edilib

Mercedes komandası 2023-cü il bolidi W14-ü bu gün təqdim edib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” keçən il sadəcə 1 qələbə qazanamış və azarkeşlərini məyus etmişdi. Buna görə də komanda qış ərzində çox işləməli olmuşdu.

Builki W14-də komanda saydpodlarda və başqa sahələrdə dəyişiklik edib. Bundan başqa gümüşü rəng yenidən qara rənglə əvəz olunub. Komanda bu addımı çəkiyə qənaət etmək üçün atıb.

Təqdimata komandanın rəhbəri Toto Volff, sürücülər Lyuis Həmilton və Corc Rassell, ehtiyat sürücü Mik Şumaxer qatılıb. Mercedes təqdimatdan sonra W14-ü Silverstounda trasa çıxaracaq və çəkiliş günü üçün 100 kilometr qət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*