F-1.az xatırladır ki, Barselonadakı qış testlərində Ferrari daha inamlı təsir bağışlayıb. Mercedes və Red Bull da tesrlərin son günündə yaxşı performans göstəriblər.
Formula1 saytının jurnalistlərindən olan Lourens Barretto düşünür ki, Bəhreyndəki testlərə Mercedes və Red Bull başqa maşınla qatılacaqlar: “Bu bolid test üçün hazırlanmışdı. Red Bull komandası Bəhreynə daha yaxşı maşın gətirəcək. Barselonada etibarlılıq və sistemləri yoxlama testindən sonra, Saxirdə performans üzərində işləməyə başlayacaqlar.
Barselonada Red Bull-dan daha güclü görünən Mercedes isə üç gün ərzində İspaniyaya yeniliklər gətirdi. Bəhreynə isə tamamilə fərqli maşınla gələcəklər. Əvvəlki illərdə də bu strategiyadan istifadə etdilər.
Ferrariyə gəldikdə isə… Mattia Binotto mənə dedi ki, Bəhreydə elə də böyük dəyişiklik etməyəcəklər. Ferrari İspaniyada performansa yox, etibarlılığa fokuslandı və cəsarətverici başlanğıc etdi. Bəhreyndə isə performans üzərində işləyəcəklər”.