F-1.az xəbər verir ki, bu mövzuda hələ heç bir qərar qəbul edilməyib, amma kənardan görünən budur ki, çempion komanda 27 yaşlı finlandiyalı sürücünün işindən razıdır – Bottas artıq mövsümün 3-cü yarışında ilk poulunu, 4-cü yarışında isə ilk qələbəsini qazanıb. Hərçənd, son yarış onun üçün uğursuz alınıb – Valtterinin maşınında ardıcıl 5-ci yarışını keçirən motor dözməyərək partlayıb.
Hələlik Lyuis Həmilton üçün gələcək komanda yoldaşı postuna Bottasdan real namizəd görünmür, əgər, əlbəttə, birdən Fettel mövsümün sonunda Ferrari komandasını tərk etmək qərarına gəlməsə, amma bu addımı güman etmək belə çox çətindir.
Finlandiyada dərc olunan qəzetlər isə Bottas yarışı dayandırdıqdan sonra komandanın boksunda Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşenin sürücü ilə mehriban söhbət etməsinə fokuslanıblar. Tsetşe finlandiyalıya həm sürücü, həm də insan kimi çox rəğbət bəsləyir.
Amma Bottasın özü də gələcəyi barədə suallara qəti cavab verməyib: “Müqavilənin uzadılması barədə danışmaq hələ çox tezdir, hazırda biz bütün diqqətimizi cari mövsümə yönəltmişik, çünki bütün traslarda Mercedes-i Ferrari kimi rəqiblə gərgin mübarizə gözləyir.
Düzdür, nə vaxtsa gələcək barədə danışıqlara başlamaq lazım gələcək, amma bu vaxt hələ yetişməyib…”