Mercedes təkzib yayımlayıb

Mercedes komandası Lyuis Həmiltonla illik 70 milyon avroluq müqavilə bağladıqları iddialarını təkzib edib.

F-1.az xatırladır ki, britaniyalı sürücünün müqaviləsi ilin sonunda başa çatacaq və komandanın rəhbəri Toto Volff bildirib ki, danışıqlar hələ başlanmayıb.

Lakin Fransa mətbuatı Həmiltonla Mercedes-in yeni müqavilə danışıqlara başladığını, yeddiqat Dünya Çempionunun ikiillik müqavilə istədiyi və illik 70 milyon dollarlıq maaş tələb etdiyini yazmışdı. Bu isə iki ilə 140 milyon dollar deməkdir.

Xəbərdə britaniyalı sürücünün istəkləri bununla bitmirdi: Həmilton həm də komandadan elçilik vəzifəsi istəyir və bunun üçün də ilinə 25 milyon Avro olmaqla, 10 illik müqavilə tələb edir. Bu dedi-qodular avtoidman aləmində müzakirələrə səbəb olub.

Buna görə də Mercedes komandası bu barədə rəsmi təkzib yayıb: “Bunlar tamamilə yalan məlumatdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*