F-1.az xatırladır ki, 2013-2016-cı illərdə Rosberq və Həmilton komanda yoldaşları olmuş, aralarındakı gərgin mübarizəyə görə münasibətləri pozulmuşdu. Amma Bottas komandaya gəldikdən sonra komanda daxilində gərginlik azalıb.
Toto Volff: “Əvvəl elə bilirdim ki, komanda yoldaşları arasında gərgin mübarizə yaxşı şeydir və sürücülərin bu yolla bir-birinin inkişafına kömək etdiklərini düşünürdüm. Məncə, bunun doğru olmadığını öyrəndim. Güclü performans göstərən iki pilotunuz olmalıdır və bir-birilə mübarizə aparmalıdırlar. Lakin bu rəqabət boliddən düşdükdən sonra bitməlidir. Bottasla Həmilton arasındakı mübarizə bizi daha da gücləndirdi. Qəliz olan bolidimizi işlədə bildik. Bunun hesabına hər iki cəbhədə də çempion olduq”.