F-1.az xəbər verir ki, Almaniyanın Auto Motor und Sport nəşri Mercedes-dəki mənbələrinə istinadən xəbər verir ki, komanda yaxın gələcəkdə Mikin testlərdə iştirakını planlaşdırmır. Bəhreyndə mövsümöncəsi testlərdə tamamilə əsas sürücülərə yer veriləcək – üç gün ərzində Lyuis Həmilton və Corc Rassel yeni maşının sükanı arxasına rahat keçməli olacaqlar.
Şumaxerin yarış həftəsonlarında sərbəst yürüşlərdə mümkün iştirakına gəlincə, bu, mövsümün ilk mərhələləri üçün nəzərdə tutulmayıb. Beləliklə, Mik trasda Mercedes-in sükanı arxasına keçməzdən əvvəl səbr etməli olacaq…