F-1.az xatırladır ki, Haas-ın Mik ilə müqavilə uzatmaması və onun əvəzinə komandaya Niko Hülkenberqi gətirməsindən sonra gənc sürücünün gələn il yarışmayacağı dəqiqləşib. Artıq Ferrari ilə demək olar ki, bağlılığı qalmayan alman sürücü üçün digər komandalara gedən yol açıqdır.
Mik həm F3, həm də F2-də çempion olub. Bundan əlavə, soyadı da onun marketinq dəyərini xeyli artırır. Toto Volff da onunla maraqlandıqlarını bildirib.
Toto Volff: “Şumaxer ailəsinin Mercedes ilə yaxın münasibətləri var. Deyvid Şumaxer DTM-də bizimlə yarışır. Onun atası Ralf Şumaxer də uzun illər Mercedes-də mübarizə aparıb. Mik almandır və Mercedes-ə çox uyğundur. Formula1-də olmağa layiqdir və bunu edə bilib-bilməyəcəyimizi görəcəyik.
Onun üçün əsas məsələ peletonda qalmaqdır. Məncə hələ bir boş yer (Williams-da) var. Əmisi də bu fikri dəstəkləyir. Bizim ehtiyat sürücümüz olmaq onun üçün əla həll yoludur. Belə bir komandada çox şey öyrənə bilər. Aleksander Elbon kimi sürücülər bir il fasilədən sonra yeni baxış bucaqları ilə F1-yə yenidən dönməyin mümkünlüyünü göstərdi”.