F-1.az xatırladır ki, Almaniya təmsilçisi artıq həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionaında qələbələri təmin edib.
Toto Volff: “Sona iki yarış qalmış çempionluğu təmin etmək gözəldir, amma yenə də önümüzdə iki çətin yarış var və bunları qazanmaq üçün hər şey edəcəyik. Sözün açığı, bu yarışlarda 2018-ci ilin bəzi detallarını sınayacağıq. Məqsədimiz hər yarışda olduğu kimi İnterlaqosda da qalib gəlməkdir.
Lyuis hazırda karyerasının zirvəsindədir. Bottas da güclü performans göstərir. Red Bull və Ferrari də Braziliyada güclü olacaqlar”.