Biz artıq yazmışdıq ki, Red Bull şirkətinin avtoidman məsələləri üzrə məsləhətçisi Helmut Marko bildirib ki, keçən ilin sonunda Mercedes-Benz şirkəti rəqabətdən qorxaraq Red Bull komandasını motorlarla təchiz etməkdən çəkinib.
Amma Mercedes bu ittihamlarla razılaşmayaraq, danışıqların baş tutmamasında əsas səbəbkar Red Bull-un olduğunu bildirib – şirkətin nümayəndəsi Kölndə dərc olunan Express qəzetinə müsahibə verib…
Qəzet yazır: “McLaren həmin vaxt bizim eksklüziv tərəfdaşımız idi və onlar bu prosesin əleyhinə idilər. Biz Red Bull komandasını motorlarla təchiz edə bilərdik və bu komandaya yaxşı məlumdur…”