F-1.az bildirir ki, bu gün Valtteri Bottas sükan arxasına keçib, sabah onu Lyuis Həmilton əvəz edəcək. Testlərin məqsədi sürücülük vərdişlərini təzələməkdir. Komanda yoluxma riskini azaltmaq üçün ilk mərhələlərdə zəruri olacaq prosedurlar və təhlükəsizlik protokollarına indidən riayət edir, sürücülər isə simulyatorun deyil, real maşının sükanı arxasında işləyəcəklər.
Testlərdə boksdakı mexaniklər və Valtteri özü də maska taxıblar – düzdür, sürücü dəbilqəni geyinəndən sonra maskaya ehtiyac qalmır. Bu il mövsümün əvvəlindəki yarışlarda çəkilən şəkillər çox maraqlı olacaq.