Mercedes səhvini etiraf edib

Mercedes komandasının texniki direktoru Ceyms Əllispn bildirib ki, Sebastyan Fettelin bir pit-stoplu strategiyaya keçdiyini gec anlayıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa SuperSoft təkərlərlə başlamış və 19-cu dövrədə pitə gələrək Soft təkərlərə keçmişdi. Əksəriyyət dördqat Dünya Çempionunun növbəti dəfə pitə girəcəyini düşünsə də, bu baş verməmişdi.

Ceyms Əllison: “Sebastyan Fettelin Soft təkərlərlə sona qədər gedəcəyini gec anladıq. Bir az tez reaksiya versəydik, 35-45-ci dövrələrdə onun üzərində təzyiq qura və daha yaxşı nəticə ala bilərdik. Onun yenidən pitə getməsini gözləsək də, təkərlərdən yaxşı istifadə etdi.

Valtteri rəqibi Fettelə yaxınlaşa bildi və son üç dövrədə düz arxasında idi. Amma onu ötmək üçün gücümüz yox idi. Yarış bir-iki dövrə də davam etsəydi, nəticə fərqli olardı. Lakin bir az gecikdik və qələbə əldən getdi”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*