Mercedes Rosberqə qarşı sabotaj edir?

Meksikada paddokda gəzən şayiələrə əsasən, Mercedes komandası Rosberqə qarşı sabotaj edir...

F-1.az xatırladır ki, Lyuis Həmilton bu il bir neçə dəfə mexaniki problemlər yaşayıb. Britaniyalı Malayziya yarışında birinci yerdə gedərkən, mühərriyi dayanmışdı.

Mövsümün bitməsinə 3 yarış var və Rosberq bir dəfə 3-cü, iki dəfə ikinci olsa, Dünya Çempionu titulunu qazanacaq. Amma Rosberq Meksika QP-nin sıralanma turunda problem yaşayıb.

Almaniyalı sessiya ərzində Həmiltonla eyni tempi tuta bilməyib və yarım saniyə yavaş olub. Buna baxmayaraq, Rosberq son dövrəsində mükəmməl dövrə vuraraq, ikinci yeri tuta bilib. Rosberqin niyə yavaş olduğu hamıya maraqlıdır.

Lauda bunun əsas səbəbi kimi təkər temperaturunu və balansı göstərib. Amma paddokdakı şayiələrə görə, Mercedes Həmiltonun yaşadığı mexaniki problemləri kompensə etmək üçün Rosberqə mühərrik rejimindən istifadə etməyə icazə vermir.

Volff bu iddiaları qəbul etməyib və problemin balansda olduğunu deyib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*