Mercedes rəqibi Williams-a kömək edəcək?

Williams komandası 2018-ci ildəki problemləri həll etmək üçün Mercedes-dən kömək istəyib.

F-1.az xatırladır ki, Formula1 tarixinin ən titullu ikinci komandası mövsümün ilk 3 yarışında xalsız qalıb. Bunun əsas səbəbi kimi Pəddi Lounun boliddəki bütün sistemi dəyişdirməsi göstərilir. AMuS-un jurnalistləri hesab edirlər ki, əsas problem bolidin soyutma sistemindədir: “Pəddi Lou sabiq komandası Mercedes-in soyutma sistemini nüsxələmək istədi. Amma konsept çox qarışıq olduğu üçün Williams komandası səhv etdi. İndi mühərrik qapağının üstü çox açıq qalır və buna görə də asfaltayatma qüvvəsi itirilir”.

İddialara əsasən, Ləns Strollun atası Lourens Stroll Mercedes Motorsport-un rəhbəri Toto Volffla görüşüb və Williams-ın soyutma sistemini düzəltmək üçün kömək istəyib. Williams komandasının bir mühəndisi belə açıqlama verib: “Əgər soyutma sistemini düzəldə bilsək, bir dövrədə 0.8 saniyə sürətlənərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*