F-1.az xatırladır ki, həm Həmiltonun, həm də Bottasın ilin sonunda Mercedes-lə müqavilələri başa çatacaq. Bəzi iddialara əsasən, “gümüşü oxlar” Rikkardo ilə maraqlanırlar.
Toto Volff: “Hazırda rəqib komandaların sürücüləri ilə maraqlanmırıq. Çünki əsas iki sürücümüzü dəstəkləməliyik. Əgər həyat yoldaşınızla xoşbəxtsinizsə, başqa qadın barədə düşünməzsiniz. Hazırda iki həyat yoldaşımız var. Okonu da saysaq, 3 olur. Buna görə də başqası ilə maraqlanmırıq. Bizə vaxt verin. İyul ayında daha dəqiq fikir bildirəcəm”.