F-1.az xatırladır ki, Red Bull komandası təhlükəsizlik maşını rejimi başlayan kimi çevik davranaraq, hər iki sürücüsünü pitə çağırmış və nəticədə Rikkardo ilə yarışın qalibi olmuşdu.
Toto Volff: “Ferrari və Mercedes eyni strategiyada qalaraq, pitə girmədi. Burada səhv olduğunu düşünmürəm. Əvvəldən planımız belə idi. Yarış tempində məşq edərkən də belə etmişdik. Red Bull bəlkə də, öz sürətinə təəccüblənməyib, lakin biz və başqa rəqiblərimiz çox təəccübləniblər. Düz addım atdılar. Biz bunu düşünmədik.
Hesablamalarımıza əsasən, Medium təkərlər yarışın sonuna qədər dözməli idi və yeni Soft təkərlər bizi Red Bull qədər sürətləndirməyəcəkdi”.