F-1.az xatırladır ki, Macarıstan yarışının startında Valtteri Bottas əylənmə nöqtəsini qaçıraraq, Norrisə çırpılmış, Norris də Ferstappenlə təmas etmişdi. İnsidentin davamında isə Bottas bu dəfə Pereslə təmas yaşayaraq, rəqibinin mübarizəni dayandırmasına səbəb olmuşdu.
Yekunda Bottas, Peres və Norris mübarizəni dayandırmış, Ferstappen isə sağ tərəfi tamamilə zədələnmiş maşınla yoluna davam edərək, yarışı 9-cu yerdə bitirmişdi.
Toto Volff: “Onları başa düşürəm. Məsuliyyəti öz üzərimə götürürəm. Bottas əylənmə zonasında kiçik səhv elədi və Lando ilə iki Red Bull-u özü ilə apardı. Belə olmamalı idi, amma yağışlı havalarda belə hadisələr yaşana bilir. Kiçik səhv olsa da, rəqiblərimiz üçün baha başa gəldi. Buna görə məyusuq”.