F-1.az xatırladır ki, Red Bull komandası 2014-2018-ci illərdə mühərrik təminatçısı Renault ilə yola getməmiş və 2019-cu ildən etibarən Honda mühərrriklərinə keçmişdi.
2015-ci ildə Mercedes-in “qırmızı öküzlər”ə mühərrik verəcəyi ilə bağlı şayiələr yayılsa da, almanlar bu xəbəri təkzib etmişdilər.
Ron Midouz: “Hibrid mühərriklərin ilk illərində Niki doğrudan da Red Bull-a mühərrik vermək istəyirdi. O inanırdı ki, bu seçim Mercedes-i daha güclü edəcək. Çünki belə olan halda rəqabət və mübarizə olacaqdı. Təbii ki, komandada hamı onunla həmfikir deyildi və əksəriyyət sahib olduğumuz texnologiyanı öz maşınlarımızda istifadə etmək istədik. Vaxt keçdikcə, o da bunu anladı. Niki sadəcə komandanın daha yaxşı inkişaf etməsini istəyirdi”.