F-1.az xatırladır ki, Lauda mayın 20-də dünyasını dəyişmişdi. Bu həftəsonu Monakoda əksər komandalar bolidlərinin üzərinə avstriyalı sürücüyə aid loqotiplər qoyaraq, onu yad ediblər. Mercedes daha əvvəl bolidin motor qapağındakı ulduzlardan birini Laudanın papağına görə qırmızı rəngə boyamış və bolidin üzərinə üçqat Dünya Çempionunun imzasını təsvir etmişdi.
“Gümüşü oxlar” Laudanı yad etmək üçün Halonu da qırmızı rəngə boyayacaqlar. Bazar günü yarışdan əvvəl bolidə Laudayla bağlı bağlı başqa yazılar da əlavə edilə bilər.