Mercedes problemləri təkzib edir

Adətən çəkiliş günləri maşınlardakı mümkün problemlərin testlərə qədər aradan qaldırılması məqsədini daşıyır.

F-1.az bildirir ki, Mercedes maksimum 100 km məsafə qət etmək icazəsindən 2 gün istifadə edib – hər iki gün ərzində minimal dövrə sayı olub və olduqca az görüntü paylaşılıb.

Dərhal da maşının işə salınması zamanı güc qurğusunda problemlərin yaranması barədə şayiələr yayılıb. RacingNews365 şərh üçün Mercedes-lə əlaqə saxlayıb, sözçü şayiələrin əsassız olduğunu bildirib. Çərşənbə ilk yoxlamaları, cümə axşamsı isə çəkiliş günü etdiklərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*