Mercedes problemləri aşkar edib

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, problemləri tamamilə anlayıblar.

F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümə pis başlamış və dalğalanma probleminə görə çox əziyyət çəkmişdilər. Lakin almanlar mövsümün ikinci yarısında sürətlənib və bəzi yarışlarda Ferrari-ni belə geridə qoyublar.

Toto Volff: “Rəqiblərimzilə aramızdakı fərqin səbəblərini tamamilə öyrənmişik. Bunu anlamaq bizi inkişafda 8-10 yarış geridə qoydu. Ciddi rəqabətlə qarşı-qarşıyayıq. Lakin bütün komanda uzunmüddətli düşünür. Sürücülərimiz də…

Komandanın performansını bir yarışa görə mühakimə etməməyə çalışırıq. Uzun illər çempionluqlar qazanmağımızın əsas səbəbi budur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*