Mercedes problem yaşayır?

İtaliya mətbuatının verdiyi xəbərə əsasən, Mercedes builki güc qurğusunda böyük problemlər yaşayır.

F-1.az xatırladır ki, mövsümöncəsi qış testlərinin başlamasına artıq bir ay qalıb.

Keçən il Mercedes-in bolidi peletonda ən uzun təkər bazasına sahib idi. Bəzi iddialara əsasən, builki bolid 12 santimetr qısa olacaq. Amma bu qısalmaya görə güc qurğusunun detalları daha dar sahəyə yerləşdirilməlidir. Bu isə mühərriyin həddən artıq qızması deməkdir. Mercedes bu problemi həll etmək üçün yollar axtarır. Corriere dello Sport xəbər verir ki, Mercedes ilk testlərə qədər bu problemi həll etmək üçün gecə-gündüz işləyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*