F-1.az xatırladır ki, tərəflər 2010-cu ildən bəri bir yerdədirlər. Artıq tərəfdaşlığın 13-cü ili geridə qalıb. Lakin hər iki tərəf bu partnyorluqdan həzz alırlar və buna görə də müqaviləni yeniləmək qərarına gəliblər.
Toto Volff: “Bu gün qeyri-adi iş görürük və dörd il sonra başlayacaq yeni tərəfdaşlıq qururuq. Bu isə o deməkdir ki, biz Petronas-la sadəcə tərəfdaş yox, həm də ailəyik və uzun illər birlikdə hərəkət edəcəyik.
2026-cı ildən etibarən təkmilləşmiş sintetik yanacaqlar hesabına performansımızı göstərəcəyik”.