F-1.az xatırladır ki, Mercedes komandası keçən il güc qurğularının 900 at qüvvəsini keçdiyini demişdilər.
Əndi Kouel: “1000 at qüvvəsinə çox yaxınıq. Əminəm ki, bu həddi də açacağıq. Görək qış tətilində güc qurğusunun inkişafı necə gedəcək. Bolidlə balanslı olmalıdır. Hazırda stenddə işləyən mühərriklər var. Bolid üzərində aerodinamika və güc qurğusu performansını təkmilləşdirmək üçün görüləsi işlər var. Görək işlər nə ilə nəticələnəcək”.