Mercedes Mayamidəki gərgin həftəsonuna hazırlaşır

Toto Volff Bakıdakı yarışın nəticələrinə yekun vurub və həftəsonu baş tutacaq Mayami yarışı üçün hazırlıqlardan bəhs edib.

F-1.az xəbər verir ki, komandanın rəhbəri okeanın o tayındakı mövsümün beşinci yarışına çox ciddi hazırlaşdıqlarını bildirib.

Toto Volff: “Bakı küçələrindən Mayami küçələrinə gedirik. Bakıda maraqlı, lakin çətin həftəsonundan sonra tezliklə trasa qayıtmağı səbirsizliklə gözləyirik. Yeni sprint formatı bəzi sürprizlər gətirdi, indi onun nəticələrini qiymətləndirmək və dəyişikliklərə ehtiyac olub olmadığını görmək lazımdır.

Təəssüf ki, yeganə məşq zamanı maşının düzgün sazlanmalarını tapa bilmədik, bu da həftəsonunun qalan hissəsini çətinləşdirdi. Yarış tempimiz Ferrari və Aston Martin ilə müqayisədə rəqabətli görünürdü, lakin onları ötmək çətin idi. Nəticə təxminən maşının imkanlarını əks etdirir, lakin bilirik ki, hər hansı kiçik bir şey bir həftəsonundan digər həftə sonunaqədər böyük təsir göstərə bilər.

Komanda Mayamidə trasa qayıtmaq və yarışmaq üçün həyəcanlıdır. Toplanmış məlumatları təhlil etmək və bacardıqca hazırlaşmaq üçün yarışlar arasında bir neçə gündən istifadə edirik. Oradakı tras əvvəlki yarışların keçirildiyi traslardan fərqlidir. Mayamidə döngələr, yüksək sürətli hissələr, uzun düzlüklər, eyni zamanda sıx, itibucaqlı döngələrdən ibarət maraqlı birləşmə var.

Komandaların partnyorları ilə trasdan kənarda çox sayda tədbirlər keçirildiyi üçün bizi sıx proqramlı həftəsonu gözləyir. Keçənilki mərhələdə inanılmaz səs-küy var idi və mən şübhə etmirəm ki, bu mövsüm də möhtəşəm həftəsonunun şahidi olacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*