F-1.az xatırladır ki, Mercedes mövsümün ilk 4 yarışında sadəcə iki podium görüb. Buna görə də “gümüşü oxlar” Mayamidəki yarışa yeniliklərlə gəlməyi planlaşdırır.
Toto Volff: “İmola bizim üçün çəton keçdi. Corc zəif maşınla əla performans göstərsi. Lyuisə isə əsl sürətini göstərə biləcəyi şəraiti yaratmadıq. İtaliyadan qayıtdıqdan sonra çox şey öyrəndik. Aerodinamik boruda və simulyatorda öyrənməyə davam etdik.
Bolidi təkmilləşdirmək üçün bəzi şeylər planlaşdırdıq və Mayamidə sınaqlar edəcəyik. Ümid edirəm ki, doğru yön taparıq.
Hər iki sürücü Mayamidən əvvəl simulyatorda işləyirlər. Bazada da yeniliklər üzərində işlər gedir. Sakit dənizdən heç vaxt güclü dənizçi çıxmayıb. Bu komanda həmişə gücünü göstərib və builki başlanğıc komandadakı işçilərin içlərindəki atəşi çölə çıxardı. Hamı əlindən gələni edir”.