F-1.az xatırladır ki, Həmilton kokpitin daha irəli çəkildiyini, buna görə də ön təkərlərin üzərində otururmuş kimi bir hissin yarandığını və bunun xoş olmadığını demişdi.
Toto Volff: “Biz texniki nöqteyi-nəzərdən bunun böyük problem olduğunu düşünmürük, lakin sadəcə olaraq məsələyə aydınlıq gətirmək üçün maşını optimallaşdırmaq və sürücünün özünü yaxşı hiss etməsinə əmin olmaq üçün kokpitin mövqeyini dəyişdirəcəyik. Corc Russell pilot kabinəsinin yerləşdirilməsi ilə bağlı olduqca rahatdır, lakin bu, Lyuis üçün vacibdir, ona görə də biz bir həll yolu tapacağıq”.
Qeyd edək ki, bu düzəlişlər cari mövsüm üçün nəzərdə tutulmayıb. Lyuisin şikayətləri gələn ilin maşını hazırlanarkən nəzərə alınacaq.
Xatırladaq ki, fevral ayında qış testləri zamanı da maşının istənilən performansa sahib olmadığı üçün konseptinin dəyişdiriləcəyi danışılırdı.