Mercedes Laudanın adını küçəyə verib

Mercedes komandası Breklidə bazaya gedən yola Niki Laudanın adını verib.

F-1.az xatırladır ki, avstraliyalı Formula1 əfsanəsi 2019-cu ildə Dünyasını dəyişib. O, 2013-cü ildən ömrünün sonuna qədər Mercedes-də məsləhətçi vəzifəsində işləmişdi.

Buna görə də “gümüşü oxlar” sabiq məsləhətçilərinin adını yaşatmaq istəyirdilər. 2021-ci ildə bazaya gedən yol alındıqdan sonra Laudanın ailəsinin icazəsi lazım idi. Bu icazə alınandan sonra həmin yola “Lauda Drive” adı verilib.

Toto Volff: “Lauda Drive-ın açılışını etmək böyük şərəfdir. Bu qədər adamı burada görmək gözəldir.

Lauda səsli-küylü tədbirləri sevməzdi, amma bu yola onun adının verilməsinə sevinərdi. Onunla işləmək xüsusi idi və bəxtəvərəm ki, o mənim dostum idi. Uğurumuza böyük qatqısı oldu və mənim müzakirə apardığım adamlardan idi. Böyük şəxsiyyət idi. Kaş burada olardı, çünki bu il ondan soruşacaqlarım var idi.

Onun mirası yaşamağa davam edir, amma növbəti illərdə bu yoldan çoxlu insanların keçəcəyini bilmək xüsusi haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*