Mercedes L.Həmiltonun problemini tapa bilmir

Mercedes komandası bildirib ki, onlar hələ də Həmiltonun Malayziyadakı motor problemini araşdırırlar.

F-1.az xatırladır ki, Həmilton Malayziyada birinci yerdə getdiyi yarışda mühərrik problemi yaşamışdı və mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, onlar problemi hələ də araşdırırlar: “Malayziya bizim üçün acı bir dərmanı içmək kimi idi. Lyuisi məyus etdik. Onun mühərriyindəki problemi araşdırırıq. Əvvəlcə problemi tapmalıyıq və daha sonra onun təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Lyuisin mövsümü bitirmək üçün ehtiyatda mühərrikləri var və inanmıram ki, bundan sonra bir problem yaşayaq. Ümid edirəm ki, bu vəziyyət növbəti yarışlara təsir etməz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*