Mercedes komandası risk edib…

Mercedes komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Həmilton Meksikada təkərlərini blokladıqdan sonra bolidində titrəmə başlayıb və bu təhlükəli həddə çatıb...

F-1.az xatırladır ki, Həmilton ilk dövrədə təkərlərini bloklamış və onları yandırmışdı. Bu səbəbdən təkərlərdə titrəmə əmələ gəlsə də, komanda britaniyalının çempionluq şansı bitməsin deyə onu pitə çağırmayıb.

Pəddi Lou bildirib ki, boliddə yaşanan titrəmə asılqanlar üçün təhlükəli olub: “Təkərdə orta səviyyəli yanıq əmələ gəldi. Yüksək səviyyəli yanıq olsaydı, asılqanlara çox yük düşərdi. 2005-ci il mövsümünün Avropa yarışında Kiminin başına gələnləri xatırlayırsınız?

Təkərlərin asılqanlara təsiri realdır və təkərlər yananda bütün komandalar bu vəziyyətə nəzarət edirlər. Sürücülərin hissləri var. Titrəmə vaxtı hisslərini itirə bilərlər, amma asılqanlara düşən yük çox vacibdir. Dürüst olsaq, yüksək sürətə çatana qədər asılqanlara düşən yükü görə bilmədik. Əvvəlcə orta səviyyəli görünsə də, ilk dövrələrdən sonra asılqanlara böyük yük düşdüyü dəqiq idi.

Daha sonra çətin bir qərar verməli idik. Kimidə olduğu kimi düzlüyün sonunda asılqanları qırıla bilərdi. Ya da çempionluğu unutmalı idi, çünki ikinci dövrədə pitə gəlsəydi, çempionluq şansı oradaca bitərdi. İlk 12-14 dövrə ərzində vəziyyət daha da pisləşdi. Buna görə də planlaşdırdığımızdan daha tez pit-stop etməli olduq”.

Toto Volff: “Başqa yarış olsa, onu pitə çağırardıq və yarış əldən gedərdi. Çempionluq şansı əldən getməsin deyə onu pitə çağırmadıq. Düzünü desək, heç də rahat deyildik. Çempionluq yarışı verdiyimiz vaxtda asılqanların vəziyyətini hesablamalı olduq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*