Mercedes komandası iki protest birdən verib

Yarışın finişindən dərhal sonra Toto Volff başda olmaqla Mercedes komandası Əbu Dabi Qran Prisinin stüardlarına yarışın nəticəsinə birbaşa təsir edə biləcək iki protest göndərib.

Birinci protest yarış direktoru Maykl Masinin bir dövrə geridə olan 8 maşından yalnız 5 maşına dövrəyə qayıtmağa icazə verməsidir. Komanda hesab edir ki, əgər 8 maşına icazə verilsəydi, yarışa restart verməyə vaxt qalmayacaqdı.

İkinci protest isi Təhlükəsizlik Maşını arxasında Maks Ferstappenin son döngələrdə bir neçə dəfə Lyuis Həmiltonun önünə çıxması ilə əlaqədardır – TM arxasında ötmək olmaz.

Hər iki məsələ artıq müzakirə olunub – 19:45-də 1-ci məsələ, 20:15-də 2-ci məsələ. İndi hamı stüardların qərarını gözləyir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*