Mercedes komanda əmrini istisna etmir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltonun bu həftəsonu ABŞ-da çempionluğu təmin etməsi üçün komanda əmri verə bilərlər.

F-1.az bildirir ki, Lyuis Həmilton bu gün Amerika yarışında Fetteldən 8 xal çox toplasa, 5-ci dəfə Dünya Çempionu olacaq.

Toto Volff: “Bu barədə danışırıq və qərar verməkdə çətinlik çəkirik. Bazar günü bunu edə bilərəm. Lakin belə şeyə nifrət edirəm. Görək yarışda nə olur. Son iki yarışa böyük fərqlə lider girərkən çempionluğu itirdiyimiz 2007-ci il barədə danışırdıq. Doğrudan da, qalib gəlmək üçün diqqətli olmaq lazımdır. Əgər lazımi xalları toplasaq, onda bayram edəcəyik. Yığa bilməsək, növbəti yarış üçün əlimizdən gələni edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*