Mercedes komanda əmri verməyəcək

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, yeni mövsümdə sürücülərə komanda əmri verilməyəcək.

F-1.az xatırladır ki, keçən il Lyuis Həmilton 11 qələbə qazandığı halda, Bottas qələbə üzünə həsrət qalmışdı.

Toto Volff: “İstəyirəm ki, sürücülərimiz həm öz aralarında, həm də rəqiblərlə mübarizə aparsınlar. Lyuis və Valtteri qış tətili ərzində ağıllarından F1-i çıxardılar və bu, onlar üçün çox vacibdir. Lyuis tətilin bir hissəsini gəzməkdə keçirdi. Qış tətilindən sonra onun tamamilə yaxşılaşdığını gördüm. İndi isə yarışların tezliklə başlamasını istəyir.

Valtteri isə tətilinin bir hissəsini Finlandiyada ailəsiylə keçirdi. Daha sonra Arctic Rally-də iştirak etdiyi üçün yarış maşınlarına tez öyrəşdi. Fasilədən sonra Valtteri ilə danışdıq. Tətil üçün gözəl yerdə idi və çətin keçən mövsümdən sonra tamamilə yeniləndi. Valtteri bilir ki, komanda onun arxasındadır. Tənqidlərə cavab vermək üçün tezliklə bolidə minmək istəyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*