F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdığını açıqladıqdan sonra Mercedes-də bir yer boş qalıb. Amma almanlar sürücü axtarışında gülməli addım atıblar və Autosport jurnalına “sürücü axtarılır” elanı veriblər.
Elan belədir: “Komandamızda sürücü vakansiyası var. Müraciət edənlər trasda düzgün əylənməyi, döngəyə girməyi və ən vacibi sürətlənməyi bilməlidirlər. FİA-nın super lisenziyası olanlara üstünlük veriləcək. İşə qəbul edəcəyimiz sürücünü həyat siğortası, Mercedes avtomobili, şirkətin idman zalı və yeməkxana kimi üstünlüklər gözləyir”.
Qeyd edək ki, Formula1 komandaları Autosport jurnalına mexanik, mühəndis, katibə kimi vakansiya elanları verirlər. Mercedes bu ənəni pozmayıb və yarış sürücüsü üçün də elan verib…