F-1.az xəbər verir ki, hesabatda zərərin “şirkətin səhmdarlarının öncədən müəyyən etdikləri həddə” olduğu bildirilib. Müqayisə üçün deyək ki, bir il əvvəl şirkətin zərəri 76.1 milyon funt təşkil etmişdi.
Şirkətin maliyyə vəziyyətinin yaxşılaşması “sponsorluqdan və 2014-cü ilin nəticələrinə görə çempionatn gəlirlərindən daxil olan haqq” ilə əlaqələndirilir. Şirkət bu ilin yekununda əvvəlki iki ilin qələbəsinə görə daha çox payın ayrılmasına ümid edir.