F-1.az xatırladır ki, Mercedes AMG komandası son iki mövsümdə mümkün 38 yarışdan 32-sini qazanaraq, rahatlıqla çempion olub.
Formula1 azarkeşləri almanların bu hegemonluğuna etiraz edirlər. Ekklstoun isə bu vəziyyətə görə narahatdır. Monişa Kaltenborn bu fikirlərlə razı deyil: “Mənim üçün bu hegemonluğun heç bir mənfi cəhəti yoxdur. Hamımız o vəziyyətdə olmuşuq. Mixael Şumaxerin hegemonluğu neçə il davam etdi? O dövrdə təkərlər bir komanda üçün təkmilləşdirildi. Heç vaxt bu müzakirə olunmadı. Sadəcə azarkeşlərin daha çox sevdiyi və daha çox fanı olan komandalar var. Bu hansısa komandanın daha çox hegemonluq etməsindən aslıdır. Tribunalarda ən çox gördüyüm rəng qırmızıdır. İşlərin bu cür davam etməsi sponsorlar üçün problem deyil”.