F-1.az xəbər verir ki, əsasən də Mercedes-in arxa görünüş güzgülərinin bərkidilməsindən danışılacaq. Digər komandaların mühəndisləri hesab edirlər ki, bu montaj əlavə aerodinamik element kimi istifadə olunur, baxmayaraq ki, formal olaraq bütövlükdə montaj qaydalarını pozmur.
Keçmişdə komandalar dəfələrlə güzgülərdən aerodinamik element kimi istifadə etməyə çalışıblar, texniki reqlamentin 3.2.2-ci bəndinə əməl edilmədiyi təqdirdə FİA həmişə məhdudiyyətlər tətbiq edib. Onun mahiyyəti bundan ibarətdir ki, kuzov hesab edilməyən maşın hissəsinin aerodinamik təsiri onun əsas funksiyasına görə ikinci dərəcəli olmalıdır.
Ferrari hesab edir ki, Mercedes bu halda qaydalardan kənara çıxıb, lakin komanda bu qovşağı hazırlayarkən FİA ilə məsləhətləşib və güzgü montajı kimi qovşağın təsdiqini alıb.